Avtomobil icarəsi müqaviləsi
İcarəçi avtomobili yalnız yol hərəkəti qaydalarına uyğun istifadə etməlidir. Avtomobil başqa şəxsə verilməməlidir. Spirtli içki və narkotik vasitələr qəbul etmiş şəxslərə avtomobilin idarəsi qadağandır. İcarəçi avtomobili səliqəli istifadə etməli, texniki zədələnmələr baş verərsə məsuliyyət daşıyır. Yanacaq xərcləri İcarəçinin öhdəliyindədir. Əgər avtomobil qəzaya düşərsə və ya cərimə tətbiq olunarsa, məsuliyyət tam olaraq İcarəçiyə məxsusdur. Minimum yaş həddi 22 olaraq müəyyən edilmişdir. Hər iki tərəf qarşılıqlı razılıq əsasında müqaviləni vaxtından əvvəl ləğv edə bilər. Avtomobilin təhvil-təslimi aktla aparılacaq. Avtomobilin təmizliyi ilə bağlı qaydalar əvvəlcədən İcarəçiyə bildirilir. Əlavə xidmətlər və şərtlər yazılı şəkildə əlavə olunur.